Bütün xəbərlər
Azərbaycan millisinin futbolçusu Almaniya klubunun əsas komandasından kənarlaşdırılmasına münasibət bildirib
Tarix: 12-01-2018 10:19 | Bölmə: Sosial
                      “Yüksəkdən uçursunuzsa, düşüşünüz də dərinə olacaq

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Almaniya “Ayntraxt”ının əsas komandası ilə birgə İspaniya toplanışına, intizamsızlığa yol verdiyi üçün aparılmamasından dərs çıxarıb.
“Report” xəbər verir ki, 19 yaşlı hücumçu bu barədə şəxsi “Instagram” səhifəsində yazıb. O, qeyd edib ki, baş verən olay onu ruhdan salmayacaq: “Yüksəkdən uçursunuzsa, düşüşünüz də dərinə olacaq. Lakin önəmli olan daha yüksək səviyyədə uçmaq üçün sınmamaq və nəfəs almağa davam etməkdir”.
Qeyd edək ki, Renat Dadaşovun “Ayntraxt”ın əsas komandası ilə birgə İspaniya toplanışına aparılmamasına səbəb onun istirahət vaxtı hazırılıq planına əməl etməməsi və fiziki durumunun zəifləməsidir. Gənc forvard hazırda Frankfurt təmsilçisinin 19 yaşadək futbolçulardan ibarət komandasının düşərgəsində yer alıb. Yığma üzvünün III Liqada çıxış edən "Halleşer”ə icarəyə verilməsi gündəmə gəlib.


Baxış sayı: 741


Bölməyə aid digər xəbərlər