Bütün xəbərlər
Sumqayıtda Kompüter oyunları üzrə gənclər arasında çempionat keçirildi
Tarix: 22-05-2019 19:17 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Kompüter oyunları üzrə gənclər arasında XIII Azərbaycan milli çempionatı”nın şəhər birinciliyi keçirilmişdir. VİP internet salonda keçirilən birincilikdə 30-a yaxın gənc iştirak etmişdir.Əsasnaməyə uyğun olaraq gənclər yarışmaya“Counter-Strike: Global Offensive”, “FİFA 2019”, “HearthStone”, və“Tekken 7”oyunları olmaqla birinciliyə hər birində 5 nəfər komanda və fərdi şəkildə qatılıb.
Sonda qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim olunub.
Qeyd edək ki, qalib gənclər Bakı şəhərində keçiriləcək Azərbaycan milli çempionatının final mərhələsində Sumqayıt şəhərini təmsil etmək hüququnu qazanıblar.
Sabaha-inamla.Az





Baxış sayı: 715


Bölməyə aid digər xəbərlər