Üzgüçülük üzrə Sumqayıt şəhər birinciliyinə yekun vuruldu
Tarix: 14-05-2019 03:27 | Bölmə: Sosial

12 may 2019-cu il tarixində Paralimpiya İdman Kompleksində üzgüçülük idman növü üzrə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş yeniyetmə oğlanlar və qızlar arasında şəhərin açıq birinciliyi keçirilmişdir.
Birincilikdə Bakı, Xırdalan və Sumqayıt şəhərlərindən ümumilikdə 70-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparmışdır.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt şəhərindən Mehdi Nəcəfzadə (50 m. sərbəsrt üsul), Mehdi Babazadə (100 m. qarışıq üsul), Zeynəb Quluzadə (50 m. sərbəsrt üsul), Nuray Həsənli (100 m. qarışıq üsul), Əli Səfərəlizadə (50 m. sərbəsrt üsul), Elşən Salmanlı (100 m. qarışıq üsul), Fatimə Aduləzizova (100 m. qarışıq üsul),  Mahmud Şıxızadə(100 m. qarışıq üsul), İlahə Rəciyeva (100 m. sərbəst üsul), Leyla Abduləzizova (200 m. qarışıq üsul), Murad Nəcəfquluzadə (100 m. sərbəst üsul), Nihad Yusibov  (200 m. qarışıq üsul), Bakı şəhərindən isə Aydan Dəmirova (100 m. sərbəst üsul) və Süleyman Cəfərov (100 m. sərbəst üsul)fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri Fərman, medal və hədiyyələrlə təltif olunmuşlar.
Sabaha-inamla.Az





Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər