22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Nazir müavini: Dünya ölkələri hər hansı tədbirin Azərbaycanda keçirilməsinə tərəddüd etmədən razılıq verirlər, bu, ulu öndərin siyasətinin nəticəsidir
Tarix: 10-05-2019 13:48 | Bölmə: Sosial



Ötən il Azərbaycanda 50-dən artıq beynəlxalq idman tədbirləri və yarışları keçirilib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov deyib.
Nazir müavini bildirib ki, bu dövlətimizin yürütdüyü uğurlu siyasətin nəticəsidir: "Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. Bu günə qədər ölkəmizdə dünyanın ən ali idman tədbirləri təşkil olunub. Bunun da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir".
İ.İsmayılov qeyd edib ki, beynəlxalq əhəmiyyətli yarışların Azərbaycanda keçirilməsi ölkəmizin dünyanın idman arenasında etimadı doğrultmasından irəli gəlir:
"Dünya ölkələri bu gün istənilən tədbirin, yarışın Azərbaycanda keçirilməsinə tərəddüd etmədən razılıq verirlər. Bu, ulu öndərin siyasətinin nəticəsidir".


Baxış sayı: 490


Bölməyə aid digər xəbərlər