Bütün xəbərlər
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Para-cüdo üzrə milli yığma komandanın baş məşqçisini 60 illik yubileyi ilə bağlı qəbul edib
Tarix: 04-05-2019 02:05 | Bölmə: Sosial

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov Prezident təqaütçüsü, “Şöhrət” ordenli, “Azərbaycan Respublikasının Əməkdar Tərbiyəsi və İdman xadimi”, Para-cüdo üzrə milli yığma komandanın baş məşqçisi İbrahim Eldar oğlu İbrahimovu anadan olmasının 60 illik yubileyi ilə bağlı qəbul edib.
.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi E.Hümbətov yubilyarın keçdiyi şanlı və şərəfli həyat yolundan, şəhərin və Respublikanın siyasi və ictimai həyatında fəaliyyətindən, idman sahəsində böyük uğurlara imza atdığından, dövlətin digər sahələr olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərilən diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin köməkliyi ilə yaradılan şəraitdən, Baş İdarənin fəaliyyəti dövründə Sumqayıt idmançılarının əldə etdiyi nailiyyətlərdən danışdı.
Yubiley tədbirində “Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” Əhməddin Rəcəbli, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” Mirağa Qiyasov və para-cüdo üzrə iki qat Paralimpiya çempionu, “Şöhrət” ordenli İlham Zəkiyev İbrahim İbrahimovun çoxşaxəli fəaliyyətindən danışaraq onu 60 illik yubileyi münasibətilə təbrik etdilər.
Sonda İ.İbrahimov ona göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyiə, Azərbaycan Milli Paralimpiya Komitəsinə və şəhər rəhbərliyinə dərin minnətdarlığını bildirdi.
Sonda yubilyara xatirə hədiyyələri təqdim olundu.
Sabaha-inmala.Az



Baxış sayı: 619


Bölməyə aid digər xəbərlər