Nazir daha bir məktəb direktorunu işdən çıxardı
Tarix: 01-05-2019 11:41 | Bölmə: Sosial



Bakıda 123 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib.
Bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
“Nazirliyinin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad edilib”, - deyə məlumatda qeyd edilib.
Nazirlikdən bildirilib ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Qeyd edək ki, 2019-cu il fevralın 21-də 123 nömrəli məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət alıb. O, qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Martın 15-də şagirdin vəfat etdiyi barədə məlumat verilib. Nəticədə məktəbin iki şagirdi şübhəli qismində nəzarətə götürülüb.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər