Bütün xəbərlər
Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret müsadirə olundu
Tarix: 04-01-2018 13:49 | Bölmə: Sosial

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının çantasına rentgen qurğusunda gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, baxış zamanı çantada gömrük nəzarətinə bəyan edilməyən cəmi 4380 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az


Baxış sayı: 759


Bölməyə aid digər xəbərlər