Bütün xəbərlər
“Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxs saxlanılıb
Tarix: 09-02-2019 22:24 | Bölmə: Sosial

                       

Polis əməkdaşalrı tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.
DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən fevralın 8-də qanunsuz ov etdiyi üçün Saatlı rayon sakini Ş.Əsgərov saxlanılıb.
Ondan 1 ədəd nömrəsi silinmiş "İJ-16" markalı tüfəng və ovladığı "Qırmızı kitab"a düşmüş 2 ədəd bəzgək quşu aşkar edilərək götürülüb.
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Kürdmaşı kənd sakinləri Q.Hüseynov və T.Xəlilovdan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-63" markalı tüfənglər, habelə ovladıqları 2 ədəd dovşan aşkar edilərək götürülüb.


Baxış sayı: 482


Bölməyə aid digər xəbərlər