Bütün xəbərlər
Rayon mərkəzlərində plastik qabların toplanması və çeşidlənməsi üçün daha 20 konteyner yerləşdiriləcək
Tarix: 21-08-2018 10:42 | Bölmə: Sosial

                 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bərk məişət tullantılarının, o cümlədən plastik tullantıların düzgün idarə olunmasını yoxlamaq məqsədilə reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reydlər zamanı Lənkəran şəhərinin Xəzər sahili ərazisindəki obyektlərin fəaliyyəti zamanı yaranan məişət tullantılarının qalaqlanması və plastik qabların toplanaraq yandırılması faktlarına qarşı 6, Salyan rayonunun Çuxanlı və Neftçala rayonunun Kürqarabucaq kəndlərinin ərazisində məişət tullantılarının qalaqlanaraq yandırılması faktlarına qarşı 3, Beyləqan rayonu, 20 Yanvar küçəsi yaxınlığında məişət tullantılarının qalaqlanaraq yandırılması faktlarına qarşı 1, Balakən, Zaqatala, Qax və Şəki rayonları ərazisində plastik qabların qalaqlanaraq yandırılması faktlarına qarşı 5 protokol tərtib olunub.
Qeyd edək ki, plastik tullantıların idarə olunması və ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 7 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 20 konteyner yerləşdirilib. ETSN ilə yanaşı, rayon İcra hakimiyyətləri və “AzEkol” MMC-nin dəstəyi ilə yaxın günlərdə digər rayon mərkəzlərində 20 konteynerin yerləşdirilməsi nəzərdə tutulub.


Baxış sayı: 637


Bölməyə aid digər xəbərlər