Bütün xəbərlər
Moody's Azərbaycanda bank kreditləşməsinin artımını gözləyir
Tarix: 08-08-2018 11:33 | Bölmə: Sosial

                            

2018-ci ildə Azərbaycan banklarının kredit portfeli 5-10 faiz artacaq.
Trend-in məlumatına görə, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
Agentlik yeni hesabatında Azərbaycan bank sistemi üzrə proqnoz “mənfi”dən “stabil”ə dəyişib.
Agentliyin fikrincə, iqtisadi artımın bərpa olunması kreditlərə tələbatın artmasına səbəb olacaq. Bu, əsasən əhaliyə kreditlərin artması hesabına baş verəcək.
Eyni zamanda 2018-ci ildə korporativ kreditləşmə dinamikası zəif olacaq.


Baxış sayı: 627


Bölməyə aid digər xəbərlər