Bütün xəbərlər
Binəqədidə ali təhsilli gənclər üçün əmək yarmarkası keçirilib (FOTO)
Tarix: 07-08-2018 16:44 | Bölmə: Sosial

Binəqədi rayon Məşğulluq Mərkəzi işsiz və iş axtaran kimi qeydiyyatda olan ali təhsilli gənclər üçün əmək yarmarkası keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, “İşçi axtarıram” adı altında keçirilən yarmarkada rayon ərazisində fəaliyyət göstərən 10 müəssisədən 80-dən çox vakant iş yeri təklif olunub. İş yeri təklif edən müəssisələrin nümayəndələri də tədbirdə iştirak edib.
Tədbirdə 44 gəncə vakant iş yerlərinə göndəriş verilib, 5 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata götürülüb. İşəgötürənlər tərəfindən 60-a yaxın gəncdən CV qəbul edilib. Yarmarkada 7-si məcburi köçkün ailələrindən olan 14 gənc istəklərinə uyğun olaraq və potensialları nəzərə alınmaqla özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıb.












Baxış sayı: 606


Bölməyə aid digər xəbərlər