Bütün xəbərlər
SUMQAYITLI GƏNCLƏR ÜÇÜN “YAY MƏKTƏBİ”NİN NÖVBƏTİ TURU
Tarix: 01-08-2018 00:25 | Bölmə: Sosial
Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 12 iyul 2018-ci il tarixində başlanılan Sumqayıt gənclərinin “Yay Məktəbi”nin növbəti turu təşkil edilmişdir. Quba rayonunda təşkil olunan “Yay Məktəbi”ndə Sumqayıt Dövlət Universitetinin fəal tələbələri, şəhər Bədəliyyəsinin nümayəndələri, 2017/2018-ci tədris ilində yüksək nəticə göstərərək ali məktəblərə qəbul olmuş gənclər, fənn olimpiadaları, rəsm və şeir müsabiqələrinin qalibləri, müxtəlif layihələrdə iştirak edən könüllü gənclər iştirak etmişlər. “Yay Məktəbi” iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmiş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Düşərgədə gənclər arasında intelektual, əyləncəli oyunlar, təbiətlə tanışlıq, yemək və çay fasilələri təşkil edilmişdir.






Baxış sayı: 762


Bölməyə aid digər xəbərlər