Bütün xəbərlər
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi bu gün başa çatır
Tarix: 31-07-2018 11:16 | Bölmə: Sosial

İyulun 30-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin biologiya və fiziki tərbiyə üzrə keçirilmiş test imtahanlarında 2 min 935 nəfər iştirak edib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, namizədlər arasında ən yüksək nəticə olaraq fizika üzrə 59, texnologiya üzrə isə 56 bal qeydə alınıb.
İyulun 31-də keçirilən coğrafiya və fiziki tərbiyə üzrə test imtahanlarında 2 min 46 namizədin iştirakı gözlənilir.
Azərbaycan Texniki Universitetinin İdman Kompleksində aparılan imtahanlar bu gün başa çatacaq.
Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.


Baxış sayı: 611


Bölməyə aid digər xəbərlər