Bütün xəbərlər
Azərbaycanda heyvan kəsimi müəssisələrinin sanitar-gigiyenik durumu monitorinq olunacaq
Tarix: 12-06-2018 12:27 | Bölmə: Sosial

                            

"Hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən heyvan kəsimi müəssisələrinin sanitar-gigiyenik durumu monitorinq olunacaq". 
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. 
Onun sözlərinə görə, bununla bağlı müvafiq tapşırıqlar verilib: "Heyvan kəsimi məntəqələrinin sayı müəyyənləşdiriləcək və vəziyyəti öyrəniləcək".
Q.Təhməzli vurğulayıb ki, heyvan kəsiminin mərkəzləşdirilməsi mərhələli şəkildə həyata keçiriləcək.


Baxış sayı: 699


Bölməyə aid digər xəbərlər