Bütün xəbərlər
Məktəb direktorunun Respublika günü ilə bağlı təbriki
Tarix: 27-05-2020 04:39 | Bölmə: Sosial

1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məhəmməd Əmin Rəsulzadə idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu.
Amma bununla belə xalqın istiqlal arzusu ölmədi. 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra yeni tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz bərpa olundu.
Hazırda müstəqil Azərbaycan demokratik bir dövlət olaraq sürətlə inkişaf edir.
Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir!

Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban , Azərbaycan !
Ruhuma büt , cismim üçün vətən olan
Torpağına canım qurban , Azərbaycan !

Müstəqilliyimiz sarsılmaz, dövlətimiz əbədən güclü və sərhədləri bütöv olsun. Bayramınız mübarək!
 

Sumqayıt şəhər 41 nömrəli tam orta məktəbin direktoru Leyla Əliyeva 28 May Respublika Gününə həsr olunmuş video-çarx hazırlayıb.Sabaha-inamla.Az məktəb direktorunun təbrikini oxuculara çatdırır.       

                 



Baxış sayı: 961


Bölməyə aid digər xəbərlər