12:32 / 29-05-2020
TƏBRİK EDİRİK!
Azərbaycanlı milyarderin Tovuza hədiyyəsi - Foto
Tarix: 24-05-2020 01:56 | Bölmə: Sosial

                     Azərbaycanlı milyarderin Tovuza hədiyyəsi - Foto

Azərbaycan kökənli iki milyarder - professor İlham Rəhimov və Qod Nisanov Azərbaycan Prezidentinin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon həcmində maddi vəsait köçürdüklərini, əlavə olaraq ölkəyə 10 ədəd təcili tibbi yardım avtomobili hədiyyə etdiklərini bildirmişdilər.
Professor İlham Rəhimov o zaman "Yeni Müsavat" qəzetinin əməkdaşına həmin təcili yardım avtomobillərindən birinin sərhəd bölgəsi olan Tovuza bağışlanacağını demişdi.
Professor sözünün üstündə durub və ölkə səhiyyəsi üçün nəzərdə tutulan hədiyyə ambulanslardan biri - tam təchizatlı, “Folksvagen” markalı təcili tibbi yardım maşını Tovuza gətirilib və rayon səhiyyəsinə hədiyyə edilib.

Avrasiya.net


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər