Bütün xəbərlər
“Polis maska və əlcək taxmayan vətəndaşı cərimə edə bilər”
Tarix: 02-04-2020 11:29 | Bölmə: Sosial

                  “Polis maska və əlcək taxmayan vətəndaşı cərimə edə bilər”

"Karantin rejiminin qaydalarına görə, hər bir vətəndaş hətta çölə çıxmasına icazə olduqda , o, mütləq qaydada qoruyucu vasitələrdən istifadə etməlidir".
"Qafqazinfo" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də vətəndaşların maska və ya əlcək taxmamasına görə polis tərəfindən cərimələnməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O bildirib ki, yaxın günlərdə bütün vətəndaşlar bunlarla təmin ediləcək:
"Bu karantinin şərtləridir ki, mütləq qaydada çölə çıxarkən qoruyucu vasitələrdə olunmalıdır. Karantin qaydalarının hər bir şərtinin pozulması inzibati məsuliyyət deməkdir. Polis əməkdaşı maska və əlcək taxmadığına görə vətəndaşı cərimə edə bilər. Amma bunun adı maska və əlcək taxmadığı üçün yox, karantin rejiminin qaydalarını pozduğuna görə olacaq".


Baxış sayı: 477


Bölməyə aid digər xəbərlər