Bütün xəbərlər
Bakıya daxil olmağa çalışan 1000-ə yaxın avtomobil geri qaytarılıb
Tarix: 23-03-2020 12:28 | Bölmə: Sosial

                Bakıya daxil olmağa çalışan 1000-ə yaxın avtomobil geri qaytarılıb     

Son 24 saat ərzində Bakıya daxil olmağa çalışan 1000-ə yaxın avtomobil geri qaytarılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, son günlər rayon qeydiyyatı olan şəxslər və avtomobillərin Bakı istiqamətində hərəkəti səngiyib:
“Yalnız dünən axşam saatlarında biraz intensivlik olub. Belə ki, martın 22-i səhər saat 08 radələrinən martın 23-ü həmin saatadək olan məlumata görə, cənub istiqamətindən gələn 614, Şamaxı yolundakı postda 182, Quba yolunda isə 114 avtomobil geri qaytarılıb. Həmçinin,  beynəlxalq yükdaşıma həyata keçirən 88 yük maşını yol polisi əməkdaşları tərəfindən müşayiət olunub”. 
K.Əliyev qeyd edib ki, geri qaytarılan şəxslərdən müqavimət göstərən, karantin qaydasını pozanlar olmayıb: “Sadəcə bir neçə şəxs özünü bilməməzliyə vurur. Onlar “elə bilirdik rayonda yaşayanlara aiddir, biz Bakıda yaşayırıq" deyirlər. Amma biz dəfələrlə bildirişik ki, Bakı,Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşasa belə, bu yerlərə müvəqqəti və ya daimi qeydiyyatı olmayan şəxslərin martın 29-dək  girişi qadağandır”.


Baxış sayı: 382


Bölməyə aid digər xəbərlər