Bütün xəbərlər
Bioresurslar İnstitutunda müxtəlif bitki sortları üzərində tədqiqatlar aparılır
Tarix: 17-03-2020 14:09 | Bölmə: Sosial
    AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən Sabaha-inamla.Az-a verilən məlumata görəAMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasında Naxçıvan Muxtar Respublika şəraitində yumşaq buğda, bərk buğda, arpa, ətirli tütün, yonca və soya bitkilərinin müxtəlif sortları üzərində tədqiqat işləri aparılır. Tədqiqatlarda əsas məqsəd yeni sortların biotik və abiotik amillərə qarşı dayanıqlığının, keyfiyyət göstəricilərinin öyrənilməsi, qiymətləndirilməsi və onların müqayisəli xarakteristikasının aparılması, səmərəliyi müəyyənləşdirilən sortların artırılaraq fermer-kəndli təsərrüfatlarına tövsiyə edilməsidir.
     Laboratoriyada2019-2020-ci illərdə tədqiqat materialı olaraq bərk buğdanın 54, yumşaq buğdanın 41 hibridi, 49 bərk və yumşaq buğda sortları kolleksiya pitomnikində, o cümlədən bərk, yumşaq buğda hibridi və ikicərgəli, pivəlik istiqamətli arpa seçilərək artırma pitomnikində muxtar respublika şəraitində öyrənilməsi üçün tədqiqat işlərinə başlanılıb.Tədqiq edilən buğda hibrid və sortlarının toxumları beynəlxalq deskriptorun tələblərinə uyğun şəkildə institutun təcrübə sahəsində suvarma şəraitində səpilib. Bütün nümunələrdə normal cücərtilər alınıb.
     Qeyd edək ki, muxtar respublikada dənli-taxıl bitkiləri içərisində ən geniş yayılmış yumşaq buğda (T. aestivum L.) və bərk buğda (Triticum durum Desf) növlərinə aid olan sortlardır.


Baxış sayı: 428


Bölməyə aid digər xəbərlər