Bütün xəbərlər
Repetitorlara da qadağa qoyuldu - Video
Tarix: 14-03-2020 13:46 | Bölmə: Sosial

                Repetitorlara da qadağa qoyuldu

"Dərslərin dayandırılması ilə bağlı sərəncam var və hər kəs buna əməl etməlidir".
"Qafqazinfo" xəbər verir ki, bunu Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məktəblər bağlansa da, hələ də repetitor hazırlıqlarının davam etməsinə münasibət bildirərkən deyib
O, bu məqamda valideynlərə çağırış edib:
“Bəzən deyirlər ki, evdə iki tələbədir, müəllimdir, özləri vəziyyətə nəzarət edirlər. Sərəncam var və qeyd olunub ki, bütün təlim, təhsil, tərbiyə müəssisələrində tədris prosesi dayandırılıb. Bu, kifayətdir ki, vətəndaşlar ehtiyatlı olmalıdır. İnsanlar özləri də bu məsələyə çox ciddi yanaşmalıdırlar. Sərəncamlarla, qadağalarla həyatın bütün situasiyalarını nəzərə almaq mümkün deyil".
İ. Məmmədov bu məqamda həm valideynləri, həm də müəllimləri məsuliyyətli olmağa çağırıb.
Sözügedən hissəyə 14-cü dəqiqədən baxa bilərsiz.
                      


Baxış sayı: 681


Bölməyə aid digər xəbərlər