Bütün xəbərlər
Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarına aydınlıq gətirdi
Tarix: 13-03-2020 14:22 | Bölmə: Sosial

                               

Təhsil Nazirliyi Nazirlər Kabinetinin dəyişiklik etdiyi “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” qərarına münasibət bildirib.
"Report"un məlumatına görə, nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə tədris ilinin müddəti təsdiq edilib:
"Bu, “Ümumi təhsil haqqında” Qanundan irəli gələn vəzifə idi. Bu qərar verilənədək həmin müddəalar elə Nazirlər Kabinetinin təsdiq etdiyi Nümunəvi Nizamnamədə yer alırdı. Yeni qərar qəbul edildikdən sonra uyğunlaşdırma çərçivəsində həmin normalar nizamnamədən çıxarılmalı idi. Başqa sözlə desək, indi həmin normalar ayrıca sənəddə öz əksini tapıb".
Nazirlik rəsmisinin sözlərinə görə, yeganə fərq ondan ibarətdir ki, nizamnaməyə görə bütün ölkə üzrə tətil və tədris müddəti ilə bağlı qərar qəbul etmək səlahiyyəti Təhsil Nazirliyində idi:
"İndi isə Nazirlər Kabinetindədir. Amma ayrı-ayrı məktəblər üzrə bu qərarı vermək səlahiyyəti yenə də Təhsil Nazirliyindədir. Yəni bu sənəddə hər hansı tətilin ləğv olunmasından söhbət getmir".


Baxış sayı: 446


Bölməyə aid digər xəbərlər