Bütün xəbərlər
DTX-nın sorğuladığı qadın YAP-ın namizədi imiş... - Video
Tarix: 21-02-2020 23:08 | Bölmə: Sosial

                  DTX-nın sorğuladığı qadın YAP-ın namizədi imiş...

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini Gültəkin Sadıqova YAP-ın deputatlığa namizədi olub.
"Qafqazinfo"nun məlumatına görə, o, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mübarizəyə qoşulub. 
43 yaşlı G.Sadıqova Sabir Rüstəmxanlının lider olduğu dairədə səsvermə günü cəmi 350 səs toplayıb.
Qeyd edək ki, G.Hacıyevanın otağına baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib. Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıb.
                        


Baxış sayı: 487


Bölməyə aid digər xəbərlər