Bütün xəbərlər
Sumqayıtda “ Nənəm, babam çox yaşa” adlı tədbir keçirilib
Tarix: 11-02-2020 20:08 | Bölmə: Sosial
    Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq Şöbəsinin təşkiltaçılığı iləAzərbaycan Respublikası Prezidentinin 2020-ci ilin ölkəmizdə “ Könüllülər ili”elan edilməsi haqqında sərəncamına əsasən, həmçinin 17 fevral “ Təmənnasız Xeyirxahlıq ifadəsi günü ” və 8 fevral “ Beynəlxalq nənələr və babalar günü” iləəlaqədar  Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsindəNənəm, babam çox yaşa” adlı tədbir keçirilib.
   Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsində baş tutan tədbirdə QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan ahıllar iştirak edirdilər.Tədbiri giriş sözü ilə bölmə sədri Mətanət Məhərrəmova acaraq qonaqları salamladı,tədbirin mahiyyəti barədə məlumat verərək,birgəəməkdaşlıq ücün kitabxananın uşaq şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirdi.
   Görüşdə Sumqayıt MKS-nın direktoru YeganəƏhmədova, yazıçı-senarist, kulturoloq Hafiz İmamnərli, kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova vəmultimedia mütəxəssisi Zibeydə Məmmədova cıxış edərək,ahılları bu gün münasibəti ilə təbrik edərək onlara xoş arzularını bildirdilər. Uşaq şöbəsinin könüllü  fidan oxucuları ahılları maraqlışeirləri ilə sevindirdilər.Tədbirin sonunda isə Kitabxananın uşaq şöbəsinin hazırladığıərzaq sovqatları balaca könüllülər tərəfindən ahıllara paylanıldı.
Yeganə Hüseynova ,
S.Vurğun adına Mərkəzi Kitabxananın
Uşaq şöbəsinin müdiri






Baxış sayı: 497


Bölməyə aid digər xəbərlər