Bütün xəbərlər
SDU MÜƏLLİMLƏRİ ERASMUS+EQAC LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİMDƏ İŞTİRAK EDİB
Tarix: 10-01-2020 23:16 | Bölmə: Sosial
Yanvar ayı 2020-ci il tarixində Bakı Biznes Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi Erasmus+EQAC (Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində pilot ixtisas müəllimləri üçün təlim keçirilimişdir. Təlimçi keyfiyyət təminatı üzrə avropalı ekspert İnga Juknytė-Petreikienė tərəfindən geniş məzmunda 1 günlük təlim keçirilmişdir. Təlimin əsas məqsədi tədris prosesinin tələbə yönümlü yanaşma əsasında qurulmasını nümayiş etdirmək olmuşdur.
Təlimdə keyfiyyətin idarə edilməsi,tələbələrin tədris prosesinə daha aktiv cəlb edilməsini təmin edən müasir təlim və tədris metodları (tələbəyönümlü) və bu metodların əlaqələndirilməsi, qiymətləndirmə metodaları və mənimsəmə nəticələri və onların müəyyənləşdirilməsi qaydaları haqqında təlimlərkeçirilmişdir. Eyni zamanda tələbəyönümlü yanaşmanın mərkəzində olantələbələr üçün sorğular haqqında da müzakirələr aparılmışdr.
Məlumat üçün bildirək ki, təhsil proqramlarının, sillabusların Avropa təhsil məkanına uyğunlaşdırılması, Avropa standartlarına əsaslanaraq hazırlanması prosesi SDU-da çoxdan başlanmışdır. Bununla əlaqədar olaraq pilot ixtisaslar seçilmişdir, pilot tələbə qrupu, tələbə fokus qrupu yaradılmışdır. Pilot tələbələrə təlimlər keçirilmişdir. Seçilmiş pilot ixtisas kompüter mühəndisliyi olduğu üçün sorğu Mühəndislik fakültəsinin pilot tələbələrinə keçirilmişdir.
Daha sonraqruplar şəklində yeni tədris metodlarına uyğun olaraq təqdimatlar hazırlanmışdır. Təlim sual cavab sessiyası ilə davam etdirilmiş və faydalı müzakirələr aparılmışdır.
Təlimdə tərəfdaş Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdir.Sumqayıt Dövlət Universitetindən isə Mühəndislik fakültəsi, İnformasiya və kompüter texnikası kafedrasının baş müəllimləri Rəsulov Rasim Zahid oğlu, Allahverdiyeva Könül Əsvər qızı və Ağayeva Fəridə Şahbaz qızı iştirak etmişdirlər.
Kamran Orucov
Sabaha inamla.Az





Baxış sayı: 1 521


Bölməyə aid digər xəbərlər