Bütün xəbərlər
Təhsil Nazirliyinə yeni şöbə müdiri və Təhsil İnstitutuna direktor təyin olunub
Tarix: 09-01-2020 23:31 | Bölmə: Sosial

                            

Təhsil Nazirliyinə yeni təyinatlar olub.
"Report" xəbər verir ki, bu barədə Təhsil Naziri Ceyhun Bayramov müvafiq əmrlər imzalayıb.
Nazirin əmri ilə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Təhsil İnstitutunun direktor müavini təyin edilib. Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsinə isə bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun direktoru vəzifəsində çalışan Vəfa Yaqublu təyin olunub.
Bundan əlavə, Təhsil nazirinin əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsi isə bu şöbənin müdir müavini vəzifəsində çalışan Nərminə Hüseynovaya həvalə olunub.
Qeyd edək ki, təyinatlar barədə ilk xəbəri “news24.az” saytı yayıb.


Baxış sayı: 513


Bölməyə aid digər xəbərlər