Bütün xəbərlər
Rəşadət Babayev sonuncu vəzifəsini də itirdi - Nazirdən yeni təyinat
Tarix: 09-01-2020 23:21 | Bölmə: Sosial

                    Rəşadət Babayev sonuncu vəzifəsini də itirdi

Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən çıxarılıb.
"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin edilib.
"Qafqazinfo" xatırladır ki, Rəşadət Babayev Alay komandiri ilə yanaşı, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində rəis müavini idi. O, bu vəzifəni ötən ilin oktyabrında itirib. Həmin vaxt onun yerinə polkovnik-leytenant Rəşid Piriyev gətirilib.


Baxış sayı: 699


Bölməyə aid digər xəbərlər