Bütün xəbərlər
Sumqayıtda“Ekofikir – eko film” layihəsi çərçivəsində ilk müsabiqə keçirildi
Tarix: 30-12-2019 13:37 | Bölmə: Sosial
29 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə Gənclər Evində“ Ekofikir – eko film” müsabiqəsi layihəsi çərçivəsində elan edilmiş vido-sujet müsabiqəsinin ilk turu keçirilmişdir.
Müsabiqədə çıxış edən layihə rəhbəri Ozal Abbasov layihənin Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu qeyd etmişdir. Bildirildi ki,layihənin məqsədi gənclərimizin ətraf mühitin mühafizəsinə olan münasibətini müsbət istiqamətdə dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, gənclərinin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini, məsuliyyətini artırmaq və ekologiyanın qorunması sahəsində yaradıcı senariləri üzə çıxarıb video sujetlərlə lentə alaraq onları təbliğetməkdir.Vurğulandıki, I müsabiqəyəbeş senari təqdim edilmiş onlardan ikisi çəkilişə uyğun hesab edilmişdir.
Layihənin kordinatoru Əli Miriyev, ekspertlər əməkdar artist Sumqayıt Dövlət Dram Teatrının gənc aktyoruCəlal Məmmədov, gənc yazarElvir Musayev çıxışlarındalayihənin gənclərin ictimai məsuliyyətinin inkişafına, rejisorluq sahəsində bacarıqlarının nümayiş etdirmələrinə, məsuliyyət hissininin artırılmasına, ətraf mühitin qorunması qaydalarına əməl etmələrinə, ekoloji problemərin aradan qaldırılmasına müsabət təsir edəcəyini vurğulamışlar.
Daha sonra video-sujetlərə baxış keçirilmiş və ekspertlərin rəyinə əsasən “Sağlam mühit gələcəkdir” I, “Ağac İnsan Sağlamlığının keşikçisidir” II, “Təbiətimizi qoruyaq” adlı video-sujet isə III yerə layiq görülmüşdür.Sonda iştirakçılara sertifikatlar, qaliblərə isə hədiyyələr təqdim olunmuşdur.
Sabaha-inamla.Az







Baxış sayı: 538


Bölməyə aid digər xəbərlər