Bütün xəbərlər
Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradıldı
Tarix: 29-12-2019 19:16 | Bölmə: Sosial

                 Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradıldı

Prezident İlham Əliyev Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.
"Qafqazinfo"nun məlumatına görə, fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Fərmanla “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi” təsdiqlənib.


Baxış sayı: 569


Bölməyə aid digər xəbərlər