Bütün xəbərlər
DİM abituriyentlər üçün ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmədiyini açıqlayıb
Tarix: 19-04-2018 12:36 | Bölmə: Sosial
Müəyyən şəxslər marker hazırlıq kursu ilə abituriyent hazırlıq kurslarını səhv salır

 Dövlət İmtahan Mərkəzi (DİM) qurumun ali təhsil müəssisələrinə qəbul olmaq istəyən şəxslərə hazırlıq kursu təşkil etməsi məsələsinə münasibət bildirib.
Mərkəzdən "Report"a verilən mlumata görə, DİM yalnız müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün yeni təhsil proqramları əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması, onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları təşkil edir.
"Təəssüflər olsun ki, bəzi kütləvi informasiya vasitələrində verilən məlumatlarda müəyyən şəxslər marker hazırlıq kursu ilə abituriyent hazırlıq kurslarını səhv salır. Bir daha bildiririk ki, DİM abituriyentlər üçün ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmir və digər kommersiya məqsədilə yaradılan kursların heç biri ilə əməkdaşlıq etmir", - DİM-dən qeyd olunub.


Baxış sayı: 717


Bölməyə aid digər xəbərlər