Bütün xəbərlər
Sumqayıtda bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə işi davam edir
Tarix: 13-12-2019 23:58 | Bölmə: Sosial
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Musiqi Kollecində ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi. Tədbirdə çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov iştirakçıları salamlayaraq, ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi qayğısından və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından, şəhərdə aparılan abadlıqquruculuq işlərindən, həyata keçirilən genişmiqyaslı layihələrdən, gələcək inkişaf planlarından danışdı. Məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrası, gənclər arasında seçkilərdə iştirakın təbliği, seçkilərdə ilk dəfə iştirak edən gənclərin seçki prosesi, seçkilərdə iştirak hüququ, seçicilərin hüquq və vəzifələri, səsvermə proseduru barədə maarifləndirilməsidir. Sonra Kollecin direktoru Rasim Quliyev ilk dəfə səsvermək hüququ əldə etmiş gəncləri təbrik edərək onları seçkilərdə aktiv olmağa dəvət etdi. Qeyd edildi ki, ilk dəfə səs verəcək gənclər bu böyük məsuliyyəti dərk edərək müstəqil insan kimi düzgün seçim etməlidir. 31 saylı orta məktəbin tarix müəllimi Raqif Şirinov seçki qanunvericiliyindən, seçkilərdə iştirak hüququ, səsvermə proseduru barədə ətraflı məlumat verərək, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının öz səsvermə hüququndan istifadə etməklə əslində seçki obyektivliyini təmin etmiş olacağını bildirdi. Sonda gəncləri maraqlandıran suallar cavablandırılmış, iştirakçılara maarifləndirici bukletlər paylanılmışdır
Sabaha-inamla.Az




Baxış sayı: 531


Bölməyə aid digər xəbərlər