Bütün xəbərlər
Mən xalqımı, dövlətimi, Vətənimi sevirəm!-VƏKİL RÖVŞƏN QASIMOV
Tarix: 11-12-2019 23:06 | Bölmə: Sosial
Vətənpərvərlik vətən üçün gözəl sözlər söyləməklə bitmir

Əziz xalqım, həmvətənlilərim, torpaq və vətənimiz vahiddir, bölünməməlidir, onun hər rayonu, hər torpaq dənəsi bizimdir, biz onu vahid və tam sevməliyik,Vətəninizi təmənnasız, qərəzsiz sevək! Göstərici və hamı görsün və fəxr etsin deyə süni sevgi ilə deyil, içdən, səmimi qəlbdən sevək! Vətən cəmiyyətinə və insanlarına görə günahkar deyil! Hər biriniz özünüzdən başlasaq, özümüzü inkişaf etdirsək, anlayarıq ki, Vətən gözəldir, sevilməlidir! Qarışqa öz hissiyyatı ilə mərmərin içində bal olduğunu bilsə, o ehtirası, əzmi və qətiyyəti ilə o mərmərin ətrafında dolanıb durar, bir yolunu tapıb o balı əldə etməyə çalışar. Qarışqa quyuya düşüb xilas olmaq üçün əzm və səy göstərməyən bir insan kimi, "Biri gəlsin ip sallasın, o ipə yapışıb çıxım" deyə düşünməz. Varıdırsa, pəncələrini, ayaqlarını, dırnaqlarını istifadə edər. Əlləri zəncirlə bağlı olsa, ağızı ilə ayaqlarını basmağa bir yer açar. Xülasə, bir çox yol axtarar, bir yol tapıb oradan mütləq çıxmağa çalışar. Əvvəla bunu ifadə edim ki, mən Vətənimi ,Xalqımı sevirəm. Yoxsa hər xalqda olduğu kimi, xalqımızda da də haqq-hüquq və insanlıq baxımından saxta, yalançı insanlar ola bilər. Ancaq ümumi mənada ruh və məna kökünə möhkəm bağlı olan xalqımızı nəzərə alası olsaq, bu tip insanların azlıq təşkil etdiyinə şahid olarıq. Azərbaycan güclü dövlətdir və xalqımız mehriban və çox gözəl xalqdır. Bütün vətəndaşlarımıza xalqımızın və dövlətimizin yanında olmağa səsləyirəm. Çünki bu xalq da bu dövlət də bizimdi. Onu qorumaq da hər birimizin ən ali müqəddəs vəzifəsidir. Belə ki, əsrlərlə İslam dininə bayraqdarlıq etmiş əziz millətimiz şanlı keçmişimizdə çox vaxt bəşər tarixinin gedişatını dəyişdirmiş, bəşəriyyətə bir çox töhfələr bəxş etmişdir. Biz millətimizlə məhz buna görə fəxr edir, bu hislərlə onu sevirik. Şübhəsiz ki, millətimiz bir çox nailiyyətlər əldə etmişdir. Belə ki, nailiyyət deyiləndə müasir dövrdə ağıla, ümumiyyətlə, müsbət irəliləyişlər və texnoloji inkişaf gəlir. Halbuki, dünyəvi elmlər və texnologiya bəşəriyyət problemlərinin həlli və onun səadət və xoşbəxtliyini təmini baxımından hər şey demək deyildir. Hətta eqoist və mənfəətpərəst şəxslərin əlində olan əxlaq və fəzilətdən, cəmiyyətə qarşı məsuliyyət şüurundan məhrum elmi kəşf və texnoloji inkişafın bəşər üçün bir fəlakət və müsibətə çevrildiyi inkaredilməz həqiqətdir. Buna görə, bizim "millətimiz bir çox nailiyyətlər əldə etmişdir" deyəndə əcdadlarımızın bütün bəşəriyyətə insani və əxlaqi dəyərlər qazandırması, o möhtəşəm idarəçilik qabiliyyəti və siyasəti ilə toplumlara ədalət saçmasını nəzərdə tuturuq. Bəli, biz millətimizə bu cəhətə görə bağlıyıq, hətta bəzən onu aşiqlik dərəcəsində sevərik. Lakin bu sevginin keçmişdə qalmış o insanlar üçün faydalı olub-olmadığını da bilmirəm. Bəlkə, bu yaxşılıqlarını xatırlatmağımız onları xeyirlə yad etməyə vəsilə olar. "Atalarımıza Allah rəhmət eləsin! Bizə gözəl vətəni qoyub getdilər. Vətənimizin dövlətlərarası müvazinətdə oynadığı tarixi missiyanı, heç olmasa, öz bölgəsində yenidən həyata keçirməsi, hətta dünya miqyasında böyük bir müvazinət amilinə çevrilməsi bizim üçün çox əhəmiyyətlidir. Çünki onun ruhunda ata-babalarının miras qoyduğu ədalət düşüncəsi, doğruluq, haqq anlayışı və şəfqət məfhumu var. Həm bu regionda yaşayan xalqların, həm də öz insanımızın səadəti naminə açıq-aydın buna ehtiyac var. Bu səbəbə görə, millətimizin öz dəyərləri ilə bir daha, təkrar dirçəlib ayağa qalxmasını, özünəxas ruhun heykəlini yenidən ucaltmasını cani-könüldən arzulayıram. Məncə, içimizdəki Vətən sevgisi bu istiqamətdə təcəlli etməlidir.
VƏKİL RÖVŞƏN QASIMOV


Baxış sayı: 2 104


Bölməyə aid digər xəbərlər