Bütün xəbərlər
Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə VIII ənənəvi beynəlxalq turnirə yekun vuruldu
Tarix: 10-12-2019 02:22 | Bölmə: Sosial
Sumqayıt Olimpiya İdman Kompleksində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçlığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə VIII ənənəvi beynəlxalq turnir keçirilmişdir. Turnirdə Sumqayıt idmançıları ilə yanaşı Rusiya Federasiyasının Nalçik, Anapa, Ural və Dərbənd şəhərləri, Ukrayna, Moldova və Gürcüstan Respublikasının komandalarının, həmçinin Bakı, Gəncə, Mingəçevir, Abşeron, Şəki, Xızı, Ağdam, Qubadlı, Balakən, Bərdə, Göyçay, Qax, Şamaxı, Siyəzən, Zaqatala, Zərdab, Qələbə, Qobustan, Şabran, Ağcabədi, Quba şəhər və rayon komandalarının 500-ə yaxın idmançısı qalib adı uğrunda mübarizə aparmışdır. Yarışın açılış mərasimində çıxış edən Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Cəbrayıl Həsənov, Azərbaycan Cüdo Federasiyasının Hakimlər Kollegiyasının sədri Mətin Rəhimli yarış iştirakçıarını və qonaq komandaları salamlamış Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq Müstəqil Azərbaycanın idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasının geniş vüsət almasını qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm Olimpiya İdman Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafını, ictimai-siyasi sabitliyini, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübəni, müasir idman infrastrukturunun yaradılmasından, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan bəhs etmişlər. İki gün gərgin idman mübarizəsi şəraitində davam edən turnirdə ümumkamanda hesabında Sumqayıt, Rusiya Federasiyasının Ural və Anapa şəhərləri müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülmüşlər. Sonda turnirin qalib və mükafatçıları Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri Fərman, medal və hədiyyələrlə mükafatlandırılmışlar.
Sabaha-inamla.Az

















Baxış sayı: 500


Bölməyə aid digər xəbərlər