Bütün xəbərlər
İctimai nəqliyyatda etik qaydalara niyə əməl edilmir?
Tarix: 08-12-2019 22:54 | Bölmə: Sosial
Hörmətli oxucular, bir çoxumuz gün ərzində bir neçə dəfə ictimai nəqliyyatdan istifadə edirik. Bəs ictimai nəqliyyatda baş verənləri müşahidə edib bu barədə düşünmüsünüz ?
İctimai nəqliyyat, müəyyən marşrut xətti (cədvələ və ya tələbata uyğun olaraq) üzrə nəqliyyat vasitələri  ilə sərnişin daşınmasını həyata keçirən xidmət sahəsidir.
Uzun müddət etdiyim müşahidələrə əsasən gəldiyim nəticə elədə ürəkaçan deyildir.
Bir çoxumuz rast gəlmişik ki, ayaq üstə durmaqda çətinlik çəkən yaşlı xanım və bəylər, hamilə və uşaqlı qadınlar ictimai nəqliyyatda ayaq üstə getdikləri halda, cavan və qıvraq sərnişinlər oturacaq yerlərini həmin şəxslərə güzəştə getmirlər. Bəzən isə belə hallarda ictimai nəqliyyatda baş verən davaların da şahidi oluruq . Bütün bunların səbəbi nədir ? Bunları öyrənmək üçün sərnişinlərə sualımızı ünvanladıq :
-İctimai nəqliyyatda etik qaydalara niyə əməl edilmir. Nəyə görə ayaq üstə durmaqda çətinlik çəkən yaşlı xanım və bəylər , hamilə və uşaqlı qadınlar ictimai nəqliyyatda ayaq üstə getdikləri halda  cavan və qıvraq sərnişinlər oturacaq yerlərini həmin şəxslərə güzəştə getmirlər ?
Sevda( 54 yaş )  Əlizadə:
-Bu heçdə ürəkaçan bir hal deyil , çünki düzgün tərbiyə görmüş hər bir şəxs bilməlidir ki, özündən böyüyə hörmət etmək lazımdır , yer vermək lazımdır .
Rəhim( 47 yaş )Məmmədov :
-Düzünü desəm belə hallarla çox rastlaşmışam , xoş deyil . Nəyə görə hamilə ya uşaqlı qadın ayaq üstə getməlidir, mən oturmalıyam ? Cavanları heç demirəm , məndə belə halda ayaq üstə getməliyəm . Söz deyəndə də deyirlər işdən gəlirəm , yorğunam , nə qədər yorğun olsan belə hamilə , uşaqlı qadın olan yerdə ayaq üstə getməlisən . Bunu mən, ya qeyri biri deməli deyil , bunu hər kəsin valideyni övladlarına öyrətməlidir , yoxsa belə davam etsə çox pis nəticələrə gəlib çıxacağıq ...Gəldiyimiz nəticəyə əsasən deyə bilərik ki , hər bir kəs bu mövzuda düzgün tərbiyələndirilərsə belə hallarla rastlaşmarıq . Necə deyərlər “Burdan başlayır  vətən “ – hər şey evdən başlayır .
Rüstəm İbrahimli


Baxış sayı: 1 926


Bölməyə aid digər xəbərlər