Bütün xəbərlər
“Yazırlar ki, gətirilən məhsulların 99%-i xəstəlik mənbəyidir”
Tarix: 04-12-2019 14:35 | Bölmə: Sosial

                 “Yazırlar ki, gətirilən məhsulların 99%-i xəstəlik mənbəyidir”

“Sosial şəbəkələrdən belə bir məlumat oxudum ki, Azərbaycana idxal olunan məhsulların 99%-i xəstəlik mənbəyidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O, əlavə edib ki, bu məlumatlar kökündən yalnışdır: 
“Onun arxasında heç bir elmi araşdırma yoxdur. Genetik modifikasiya ilə əlaqədar da məlumat yayılır ki, ölkəyə idxal olunan tərəvəzlərin 100%-i genetik modifikasiyaya məruz qalır. Dünyada 30 adda məhsul var ki, geni dəyişdirilir. Tərəvəzlərin sayı çox azdır. Soğan, acı bibər, kələm kimi tərəvəzlərin ümumiyyətlə genetik modifikasiyası yoxdur. Bu cür yanlış məlumatlar əhalinin arasında təşviş yaradır”.
Agentlik sədri bildirib ki, balıq və balıq məhsulları yüksək risk daşıyır: 
“Bununla əlaqədar ölkəyə idxal olunan bütün balıq məhsulları idxalçı ölkələr tərəfindən qeydiyyata alınır. Faktiki olaraq Agentliyin ekspertləri tərəfindən həmin ölkələrdə məhsulların ekspertizası həyata keçiriləcək. Müəssisələr qeydiyyata alındıqdan sonra satış həyata keçiriləcək”.


Baxış sayı: 415


Bölməyə aid digər xəbərlər