Bütün xəbərlər
Naxçıvan Dövlət Universitetinə rektor təyin edilib
Tarix: 03-12-2019 18:48 | Bölmə: Sosial

         Naxçıvan Dövlət Universitetinə rektor təyin edilib

Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib.
APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.
Azərbaycan Prezidenti həmçinin Saleh Heydər oğlu Məhərrəmovun Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.


Baxış sayı: 555


Bölməyə aid digər xəbərlər