Bütün xəbərlər
“Maşınıma minməyə 50 metr qalmış uçqun oldu” - Foto
Tarix: 25-11-2019 14:56 | Bölmə: Sosial

                    “Maşınıma minməyə 50 metr qalmış uçqun oldu”


“Dünən gecə işdən qayıtdım, təxminən saat 1 olardı. Maşına minib başqa yerə sürüb aparmaq istəyirdim. Avtomobilə 50 metr qalmış uçqun oldu, gurultu qopdu, yer silkələndi, yaxınlıqdakı gəmilər də silkələndi”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında avtomobili torpaq altında qalan Fərrux Qasımzadə bildirib. O qeyd edib ki, təxminən 1 ay öncə dənizə işləməyə çıxarkən “Mercedes E Class” markalı, 90 NV 884 nömrəli maşınını burada park edib.
F. Qasımzadə əlavə edib ki, hadisə onun gözləri qarşısında baş verib: 
“Gözümün qabağında torpaq maşının üstünə töküldü, 1-2 dəqiqə sonra özüm maşına minəcəkdim. Hələ ki, maşın çıxarılmayıb, yarıya kimi torpağın altındadır. Maşının sadəcə icbari sığortası var, 5-6 min manatlıq ziyan dəyib. Maşına dəyən ziyanın ödənilib-ödənilməyəcəyi ilə bağlı mənə bir söz deyilməyib”.
Xatırladaq ki, yağışdan sonra Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında yolda 100 metr uzunluğunda sürüşmə baş verib, sözügedən maşın torpağın altında qalıb.
Murad Əhməd







Baxış sayı: 513


Bölməyə aid digər xəbərlər