Bütün xəbərlər
"Azərbaycan Qadınları Respublika Cəmiyyəti "İ.B. "qaçqın,məcburi köçkün,şəhid,tənha qocalar və aztəminatlı ailələrə tibbi yardım və profilaktik maarifləndirmə tədbirlərinin keçirilməsi" adlı layihəni həyata keçirdi
Tarix: 13-11-2019 14:03 | Bölmə: Sosial
"Azərbaycan Qadınları Respublika Cəmiyyəti "İ.B.Azərbaycan Respublikasının Prezidenti yanında QHT lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Göyçay,Zərdab və Siyəzən rayonlarında "qaçqın,məcburi köçkün,şəhid,tənha qocalar və aztəminatlı ailələrə tibbi yardım və profilaktik maarifləndirmə tədbirlərinin keçirilməsi" adlı layihəni həyata keçirdi.Hər üç rayonun hər birində 300 yaxın insan müayinə edildi ,müalicələr yazıldı,profilaktik maarifləndirmə söhbətləri aparıldı."Nərgiz" klinikasının baş həkimi,tibb elmləri doktoru Məlahət Qəhrəmanova klinikanın həkimləri ilə birgə hər üç rayonda əhalinin ən çox ehtiyacı olan xəstəlikləri:qarın boşluğunu,bel əyriliyini, USİ,Psixoloji,dəri,nevroloji,ginekoloji və digər xəstəlikləri müayinə edib ,məsləhətlər verdilər.Ağır şəkər xəstəsi 16 yaşlı qızın pensiya məsələsi və digər ağır xəstələr barədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı lütvəli Babayevə məlumat verildi.Göyçay rayonunda 1 ailənin 3 fiziki qüsurlu övladı "Nərgiz" klinikasına müalicəyə dəvət edildi.İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadəyə rayonda müalicəyə ehtiyacı olan şəxslərin siyahisi verildi.Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər xanımın bütün xəstələrə olan diqqətini xüsusi qeyd etmək istərdik.Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovla görüşdə əhalinin ən çox göz və boğaz həkimlərinə ehtiyacı olduğu haqda məlumat verildi. Hər 3 rayonun yekun tədbiri Bakıda təşkilatın rəhbər işçiləri və bir qrup üzvü ilə Məlahət Qəhrəmanova,klinikanın həkimləri,QHT rəhbərləri ,KİV nümayəndələri ilə birgə keçirildi.Xüsusi təşəkkürümüz Təşkilatın sədr müavini,jurnalist,psixoloq Vəfa Abbasovaya, həkimlər Nuriyyə xanıma,Sevda Əliyevaya, Mehri Həsənovaya,Könül Nəcəfliyə,Təranə Babayevaya,Könül Hüseynovaya,Zülfiyyə Cəfərovaya,Samirə Əhmədovaya ,Tofiq Abdullayeva Cəmiyyətin " Fəxri Fərmanlar "ını təqdim etməklə bildirildi.
Kamran Orucov
Sabaha-inamla.Az








Baxış sayı: 1 120


Bölməyə aid digər xəbərlər