Bütün xəbərlər
Xoyskinin nəvəsi: Bakıya gəldi və vətəndən torpaq apardı - Video
Tarix: 12-11-2019 00:17 | Bölmə: Sosial

                       Xoyskinin nəvəsi: Bakıya gəldi və vətəndən torpaq apardı - Video

İlk 5 üçrəngli Azərbaycan bayrağından biri bizim evdə idi. O vaxtı uşaq idim, babamgilə gedəndə divarda üçrəngli, kənarları qızılı pullarla işlənmiş parça gördüm. Rəngləri o qədər gözəl idi ki, çox xoşuma gəldi”.
Miq.Az xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi - İstanbulda yaşayan Leyla xan Xoyski-Keykurun Xəzər Xəbər-ə müsahibəsi zamani bildirib. Leyla Xan Xoyski Fətəli xan Xoyskinin İrana səfir olaraq göndərdiyi Adil xan Ziyadxanının evində Azərbaycan bayrağını ilk görənlərdəndir.
Cümhuriyyət 1920-ci ildə süquta uğradıqdan sonra Leyla Xan Xoyskinin ailəsi də Türkiyəyə köçmək məcburiyyətində qalıb. Onlar Türkiyəyə gəldikləri il geri dönəcəklərini düşünərək hətta qış üçün odun belə tədarük etməyiblər. Xoyski ailəsi uzun müddət kirayədə yaşayıblar. Bir evdən digərinə köçəndə Bakıdan gətirdikləri ilk bayraqlardan biri müəmmalı şəkildə itib. Sonralar Azərbaycan bayrağının yağlı boya ilə tablosunu çəkiblər.
Leyla xanım deyir ki, onda təyyarə qorxusu var, bu səbəbdən də Azərbaycana gələ bilməyib. Qardaşı isə Bakıya gəlib və vətəndən apardığı torpağı ata-anasının qəbrinə səpib.
Leyla Xan Xoyski indi Azərbaycanın üçrəngli bayrağının hər yerdə dalğalanmasının onun üçün ən böyük qürur, xoşbəxtlik olduğunu deyir.
                   


Baxış sayı: 563


Bölməyə aid digər xəbərlər