Bütün xəbərlər
"Azərkitab"da İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş xalq rəssamı Arif Hüseynovun kitabının təqdimatı keçirilib
Tarix: 31-10-2019 07:48 | Bölmə: Sosial

Mədəniyyət Nazirliyi, "Azərkitab" Kitab Mərkəzi və Rəssamlarr İttifaqının təşəbbüsü ilə dahi Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş xalq rəssamı Arif Hüseynovun "Kitab qrafikası" fərdi sərgisi və "Arif Hüseynov-qrafika" kitabının təqdimatı keçirilib.
                                                          
Tədbiri giriş sözü ilə "Azərkitab" Kitab Mərkəzinin layihə rəhbəri Sabir Həsənov açıb.
Tədbirdə sənət adamları, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.
Xalq rəssamı Arif Hüseynov çıxışında kitabın insan həyatında əhəmiyyətli rol oynadığını, illüstrasiya etdiyi hər kitabla təklikdə qalanda onu dərindən hiss etdiyini qeyd edib. "Göyərçin" jurnalı ilə əməkdaşlığa başlayandan sonra ədəbiyyata münasibətinin günü-gündən güclənib sevgiyə çevrildiyini bildirib.
Daha sonra o belə deyib: "hər bir mətnin mahiyyətinə, müəllifin sənət qayəsinə dərindən nüfuz etməklə, oxucuya onun oxuduqlarını duymaqda yardımçı ola biləcək illüstrasiyalar etmək mümkündür. Bu mənada yaradıcılığımda İmaməddin Nəsimi, M.Ə.Sabir və Rəsul Rzaya münasibətimdə rəmzi ifadə və düşündürücülük daha qabarıq duyulur".
Kamran Orucov
Sabaha-inamla.Az








Baxış sayı: 1 261


Bölməyə aid digər xəbərlər