Tanınmış jurnalistin redaktoru olduğu kitabda Zakir Fərəcova həsr olunan şeir-SABAHA-İNAMLA.AZ-DA
Tarix: 23-10-2019 22:44 | Bölmə: Sosial

Tanınmış jurnalistin redaktoru olduğu kitabda Zakir Fərəcova şeir həsr olunub. Söhbət  şairqəlbli insan,psixoloq-müəllim Cahan Novruzqızının "Gecikmiş arzular" kitabından gedir. Sözügedən bu kitabın redaktoru və ön sözün müəllifi, Sumqayıt şəhər sakini, tanınmış jurnalist Namiq Məmmədlidir.

Sabaha-inamla.Az saytı icra başçısı Zakir Fərəcova həsr olunmuş şeiri oxuculara təqdim edir:

Cahan Novruzqızı

Yeni həyat gətirdin
Zakir Fərəcova
Gəlişinlə Abşerona
Yeni həyat gətirdin.
Qısa müddət içində
Abşeron kəndlərini
Laləzara çevirdin.
Xalqımız anladı ki,
Nəhayət Abşeronun
Əsl yiyəsi gəldi.
Kasıbın güzəranı
Günü-gündən yüksəldi.
Yeni yollar çəkildi,
Qazı, suyu, işığı
Həmişəlik düzəldi.
Abşeron təhsili də
O gündən çıxdı önə.
Qoymadı Zakir müəllim
İstedadları sönə,
Vaxtında tədbir tökdü,
Onun bu dəsti-xətti
Məktəblərdə göründü.
Məktəblərdə tez-tez olur,
Çətin olan işləri
Asan yoluna qoyur,
Hər işlə maraqlanır.
Əliyev siyasəti
Abşeronda parlayır.


Baxış sayı: 471


Bölməyə aid digər xəbərlər
6-11-2019, 02:29 TƏBRİK EDİRİK!
2-11-2019, 01:19 TƏBRİK EDİRİK!