Bütün xəbərlər
Aqil Abbas: “Millət vəkili, ziyalı kimi onlara dəstək olmağa hazıram...”
Tarix: 22-10-2019 11:25 | Bölmə: Sosial

                            

Bir neçə gün əvvəl paytaxtda yaradılan "Kitab dayanacağı” Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət departamentinin əməkdaşları tərəfindən sökülüb. Onlar buna səbəb kimi həmin dayanacağın əraziyə icazəsiz qoyulmasını səbəb göstəriblər.
Yazıçı, millət vəkili Aqil Abbas Moderator.az-a açıqlamasında bildirdi ki, kitab dayanacağının yenidən qoyulması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsinlər və mən də onlara dəstək olacam:
"Kitab dayanacağı”nın qoyulmasını yüksək dəyərləndirirəm və bunu dünyanın bir çox ölkələrində görmüşəm. Bunun Bakıda yaradılması da müsbət addımdır. Amma təbii ki, bu dayanacağı harda qoyursansa, müvafiq qurumlara müraciət olunmalıdır. Bizim yoldaşlar da bununla bağlı Bakı Şəhər İcra hakimiyyətinə müraciət etməli idi ki, sonu belə olmasın. İnanıram ki, icra hakimiyyəti də onlara mane olmaz. Təbii ki, icazəsiz qoyulan şey sökülməlidir. Həmin layihəni həyata keçirənlər müraciət etsinlər və biz də bir millət vəkili, ziyalı kimi onlara dəstək verək. İcazəsiz bu gün biri "Kitab dayanacağı” qoyursa, sabah da biri gəlib siqaret dükanı qoya bilər”.


Baxış sayı: 563


Bölməyə aid digər xəbərlər