Bütün xəbərlər
Cəmiyyəti irəli aparan iradəli şəxsiyyət -SUMQAYIT-70
Tarix: 08-10-2019 18:47 | Bölmə: Sosial
                               
        Sumqayıtın 70 illik yubileyi ərəfəsindəyik. Bu şəhər günü-gündən gözəlləşir, çiçəklənir, sürətli inkişaf edir. Bu şəhərin inkişafında,  bu səviyyəyə gəlib çıxmasında xidməti olan şəxslərdən biri də mərhum Xəlil Bağırovdur. Gəlin qəhrəmanımızın həyat yolu ilə tanış olaq:
- Bağırov Xəlil Cəlil oğlu 1940-cı il dekabrın 31-də Bərdə şəhərində anadan olub. O,1957-ci ildə Bərdə şəhər 1 nömrəli orta məktəbi bitirərək  və Azərbaycan Neft-Kimya İnstitutuna daxil olub. X.Bağırov 1962-ci ildə təyinatla indiki Sumqayıt Səthi Aktiv Maddələr zavoduna işə göndərilib. O, alüminium sexində iqtisadçı, əməyin təşkili və əmək  haqqı şöbəsində rəis müaini və rəis,1970-ci ildə kadr məsələləri üzrə direktor müavini, 1971-ci ildən ümumi işlər üzrə direktor müavini işləyib. O,1973-cü ildən  Kimya İstehsalat Birliyində Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
    
   Xəlil Bağırov 1981-1999-cu illərdə zavodun kommersiya üzrə direktor müavini işləyib. O,1999-cu ilin may ayından  zavodun təchizat və satış şöbəsinin rəisi vəzifəsində çalışıb.
    O, işlədiyi müddətdə  SSRİ Kimya sənayesinin əlaçısı döş nişamı ilə , "əmək rəşadəti" medalı ilə, beşilliklərin əmək zərbəçisi nişanları və çoxsaylı Fəxri fərmanlarla təltif olunaraq, pul mükafatlarına layiq görülüb.
   
   X.Bağırovun ailənin böyük övladı kimi 4 qardaşının və 2 bacısının təhsil almasında, onların ailə qurmasında valideyn əvəzi kimi böyük zəhməti olub.
    Həyat yoldaşı Nigar Bağırova uzun illər təhsil sahəsində çalışıb. 30 nömrəli orta məktəbin direktoru olub və 1999-cu ildə dünyasını dəyişib.
   
    Ləyaqətli, qabiliyyətli  ata olan Xəlil Bağırovun bir oğulu, bir qızı var. Bu gün qızı Təranə xanım Haqverdiyeva da atası,anası kimi cəmiyyətdə böyük nüfuza malikdir. Sumqayıtımızda təhsilimizin inkişafı, şagirlərimizin bilikli və savadlı olması üçün əlindən gələni edir.
   
    Xəlil müəllim necə səviyyəli, sanballı insan olduğunu bilmək üçün  təkcə Texniki Təbiət elmləri liseyinin o vaxtkı direktoru, mərhum Minarə Tahirovanın onun haqqında dediyi sözləri oxumaq bizə bəs edir: " Xəlil Bağırovu qardaşım Oqtay Cəfərovun yaxın dostlarından biri kimi tanımışam. Və onun humanist ziyalı məziyyətlərini yüksək qiymətləndirirəm. Sumqayıtn çoxminli kimya sənayesi mütəxəssisləri arasında Xəlil Bağırovun özünəməxsus intellektual mənəvi çəkisi və yeri var. Belə insanların xətir-hörməti- cəmiyyəti irəli aparan və onu bacardığı qədər yüksəldən iradəli şəxsiyyət kimi təkcə yubiley günlərində deyil, həmişə uca tutulmalıdır. Onun həyat yoldaşı, rəhmətlik Nigar xanım da  şəhər təhsil sisteminin ən müqtədir  rəhbər kadrlarından olmuşdur. Ümumiyyətlə, Bağırovlar ailəsinə mənim xüsusi hörmətim var".  

   Xəlil Bağırov 2016-cı il dekabrın 9-da dünyasını dəyişib. Allah rəhmət eləsin, qəbri nurla dolsun. Amin!
   X.Bağırov onu tanıyanların qəlbində əbədi olaraq yaşayacaqdır.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az





Baxış sayı: 1 327


Bölməyə aid digər xəbərlər