Bütün xəbərlər
Ölkəmizin paraolimpiyaçıları beynəlxalq festivalda “Qran Pri”yə layiq görülüblər
Tarix: 08-10-2019 17:24 | Bölmə: Sosial



Oktyabrın 4-dən 7-dək “İstedadlı Əlillər” İctimai Birliyinin üzvləri Gürcüstanın Rustavi şəhərində keçirilən IVERIA - DIAMOND – 2019 Beynəlxalq festivalın qalibi olublar.
İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, festivalda ölkəmizin paraolimpiyaçıları ilə yanaşı, Almaniya, İsrail, Gürcüstan, Ukrayna və Ermənistandan fiziki imkanları məhdud olan istedadlı əlillər iştirak ediblər.
Azərbaycanı festivalda “İstedadlı Əlillər” və Əlil Velosipedçilərə Dəstək İctimai birliklərinin üzvləri təmsil ediblər. Əlil arabasında rəqs idmanı üzrə Rəsul Zəkiyev və Diana Şahbazovanın ifaları yüksək qiymətləndirilərək “Qran Pri”yə layiq görülüblər.
Gələn il “Odlar Yurdu, Bakı -2020" mahnı, rəqs və incəsənət Beynəlxalq festivalının paytaxtımızda keçirilməsi qərara alınıb.
 



Baxış sayı: 570


Bölməyə aid digər xəbərlər