Bütün xəbərlər
Baş Prokurorluqda mühüm təyinat – Həsən Hənifəyev İstintaqa Nəzarət İdarəsinin rəisi oldu
Tarix: 07-10-2019 20:36 | Bölmə: Sosial

      
   

 Baş Prokurorluqda yüksək vəzifə təyinatı olub. Şirvan şəhər prokuror əvəzi Həsən Hənifəyev Baş Prokuror Zakir Qaralovun bu gün imzaladığı əmri ilə Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Həmçinin H.Hənifəyevə ııı-cü dərəcəli dövlət ədliyyə müşaviri (general-mayor) ali rütbəsinin verilməsi üçün Baş Prokuror tərəfindən təqdimat verilib.
Bu barədə redaksiyamıza Həsən Hənifəeyvin yaxınları məlumat verib.
Məlumat üçün bildirik ki, Həsən Hənifəyev prokurorluq orqanlarında özünün yüksək peşəkarlığı ilə fərqlənən, dəfələrlə müxtəlif mükafatlara layiq görülmüş peşəkar prokuror kimi tanınır. Onun peşəkarlığı baş prokuror tərəfindən həmişə qiymətləndirilmiş, Şirvan şəhər prokurorluğunda 5 illik müddətinin 2012-ci ildə başa çatmasına,baxmayaraq , artıq 7 ilə yaxın dır ki, ona Şirvan şəhər prokuroru vəzifəsi həvalə edilmişdir.

Redaksiya kollektivi adından Həsən Hənifəyevi təbrik edirik və onun bir peşəkar olaraq bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanırıq.
Faktaz.com


Baxış sayı: 2 483


Bölməyə aid digər xəbərlər