Bütün xəbərlər
Rövnəq Abdullayev cüdo abidəsinin açılışında iştirak edib
Tarix: 07-10-2019 14:51 | Bölmə: Sosial

                                

İsveçrənin Lozanna şəhərindəki Olimpiya Muzeyinin qarşısında ilk dəfə cüdo abidəsinin açılış mərasimi keçirilib. 
"Report"un məlumatına görə, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti, Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev də iştirak edib. 
Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax və IJF prezidenti Marius Vizer çıxışlarında bu idman növünün tarixi və populyarlığından bəhs ediblər. Daha sonra onlar abidənin üzərindən örtüyü götürüblər. 
R.Abdullayev mərasim zamanı həm T.Bax, həm də M.Vizerlə görüşüb. Görüşdə Azərbaycanda idmanın, o cümlədən cüdonun inkişafından, qarşılıqlı maraq doğuran məsələlərdən danışılıb. 












Baxış sayı: 532


Bölməyə aid digər xəbərlər