Bütün xəbərlər
Deputat: “Dağlıq ərazilərdə içməli su qıtlığı yaranıb”
Tarix: 06-10-2019 14:01 | Bölmə: Sosial
         

“Hər kəsə bəllidir ki, Səudiyyə Ərəbistanının əksər ərazisi səhralıqdan ibarətdir. Bəzi yerlərdə əski zamanlardan günümüzə qədər gəlib çatan xurma bağları istisna olmaqla ətraf tamamilə qumsal səhralıqdır”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. O, bildirib ki, əgər insan oğlu istəsə səhralığı belə yaşıllaşdırar:
 
“Türkiyənin mərhum prezidenti Turqut Özal, Səudiyyəyə səfəri zamanı, Həcc ziyarətinin vacib şərtlərindən olan, Ərəfat dağını ziyarət edir və milyonlarla insanın eyni vaxtda yerləşdiyi ərazinin yaşıllaşdırılması haqqında tapşırıqlarını verir. Artıq 10 000 hektarlarla səhralıqda yaradılmış , oazis’ o bölgənin mikro ekoloji mühitini formalaşdırır. Əgər, insan oğlu istəsə, hətta səhralıqda belə kök atan ağac sortları, dekorativ kollar tapar, ətrafını yaşıllaşdırar. İndiki dövrdə bu problem deyil. Ekologiya sərhəd tanımır. Getdikcə səmaya buraxılan sənaye tullantılarının artması, əbədi buzlaqların əriməsi, meşələrin kütləvi qırıntısı, yanğınlar və s. atmosfer dəliyinin böyüməsinə səbəb olur. Nəticədə ekoloji tarazlıq pozulur, hər bir insanı narahat edən onkoloji və digər xəstəliklərin sayı durmadan artır, hətta dağlıq ərazilərdə belə içməli su qıtlığı yaranır”.
 
 Deputat qeyd edib ki, bu gün içməli su yanacaqdan bahadır:
 “Əvvəllər eşidəndə ki, körfəz ölkələrində içməli su benzindən bahadır, etiraf etməliyik,təsəvvür belə edə bilməzdik. Artıq qısa dövr ərzində bizdə də, eyni zamanda, bütün keçmiş SSRİ respublikaları ərazisində içməli su, yanacaqdan bahadır. Hesab edirəm ki, düşünmək üçün ciddi əsaslar var”.


Baxış sayı: 522


Bölməyə aid digər xəbərlər