Bütün xəbərlər
Nazir körpə balıqların Kürə buraxılma mərasimində - Foto
Tarix: 28-09-2019 11:20 | Bölmə: Sosial

                         Nazir körpə balıqların Kürə buraxılma mərasimində


27 sentyabrda Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, təşkil olunan mərasimdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkili Qənirə Paşayeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tovuz rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edib.
Kür çayının sahilində keçirilən tədbirdə bir neçə saat ərzində çəkisi 100 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb.
2019-cu ilin sonunadək, ümumilikdə 400 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarının əhalinin təlabatına uyğunlaşdırılmasına dəstək vermək və balıq ehtiyatlarının qorunmasının zəruriliyini təşviq etməkdir.
ETSN vətəndaşlara müraciət edir ki, balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etsinlər, min bir əziyyətlə yetişdirilmış balıq körpələrinin su hövzələrində böyüyüb təbiətimizə, insanlara fayda verməsi üçün həyata keçirilən mühafizə tədbirlərinə, sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək versinlər.






Baxış sayı: 556


Bölməyə aid digər xəbərlər