Bütün xəbərlər
YAP Pirallahı rayon təşklatının yeni inşa olunacaq binasının betonsalma işləri başa çatıb
Tarix: 03-03-2018 11:52 | Bölmə: Sosial
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın bugünkü uğurlarına yol açır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun yaradılmasına dair Qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, bu rayonda geniş quruculuq və abadlıq,ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində işlərinə start verildi.
2018-ci ilin ilk günlərindən etibarən rayonda aparılan kompleks tikinti-abadlıq işləri geniş vüsət alıb. Öz sıralarında 5 mindən artıq partiya üzvünü birləşdirən YAP Pirallahı rayon təşklatının da rayonun ictimai-siyasi və mədəni həyatında öz payı vardır. 2018-ci ilin yanvar ayından etibarən təşkilatın inzibati binasının tikintisinə başlanmışdır.2 mart 2018-ci il tarixində müasir memarlıq və dizayn üslubunda inşa olunacaq binanın 1-cimərtəbəsində betonsalma işləri başa çatıb.






Baxış sayı: 761


Bölməyə aid digər xəbərlər