Bütün xəbərlər
Mehriban Əliyeva Əməkdar artistə ev hədiyyə etdi
Tarix: 24-09-2019 23:58 | Bölmə: Sosial

                        Mehriban Əliyeva Əməkdar artistə ev hədiyyə etdi


Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Əməkdar artist Şəlalə Quliyevaya (Şahvələdqızı) ev bağışlayıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Quliyevanın özü məlumat verib.
"Göstərdiyi diqqətə və qayğıya görə, məni iki otaqlı mənzillə təmin etdiyi üçün Azərbaycanın birinci xanımı, Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edirəm. Əziz və sevimli Mehriban xanım, siz mənim illər uzunu ən böyük problemim olan evsizlik problemimi həll etdiniz. Mənim qoca və xəstə anamın sevinc göz yaşları üçün sizə xüsusilə minnətdaram. Sizi çox sevirəm, gözəl ürəkli insan. Artıq Şəlalə Şahvələdqızının da öz evi var, dostlar. Hamınızın arzularınıza çatması diləyi ilə", - deyə o, instaqram hesabında yazıb.


Baxış sayı: 589


Bölməyə aid digər xəbərlər