Bütün xəbərlər
Deputatlardan xahiş edirəm, texniki baxışa görə rüsumu artırmasınlar - EKSPERT
Tarix: 24-09-2019 12:08 | Bölmə: Sosial

                               

Belə məlumat yaylır ki, nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumunun artırılması nəzərdə tutulur. Lakin məsələyə belə yanaşılmasını düzgün saymıram. Yeniavaz.com xəbər verir ki, bu fikirləri feyzbuk profilindən ekspert Ərşad Hüseynov yazıb.
O qeyd edib ki, 2018-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda texniki baxışla bağlı ciddi islahatları ehtiva edən 4 istiqamətdə tədbirlər nəzərdə tutulur:
1. Texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi;
2. Texniki baxışın hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən həyata keçirilməsi qaydasının hazırlanması və onların hüquqi məsuliyyətinin müəyyən edilməsi;
3. Texniki baxışı həyata keçirəcək mütəxəssislərin təlim və tədrisinin təşkili qaydalarının hazırlanması;
4. Bütövlükdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi.
Qeyd olunan işlər 2021-ci ilin sonunadək bitməlidir.
Düşünürəm ki, Proqramda nəzərdə tutulan sadaladığım tədbirlər kompleks şəkildə icra edilməli, ölkəmizdə nəqliyyat parkının real texniki baxışını və bunun sayəsində nəqliyyatın texniki təhlükəsizliyini təmin edə biləcək sistem yaradılmlıdır. Rüsumların az və ya çox olması məsələsinə isə yalnız bundan sonra – texniki baxışın maliyyə təminatı məsələləri çərçivəsində baxıla bilər.
Ona görə də Milli Məclis deputatlarından xahiş edirəm ki, deyilən rüsumların artırılması ilə bağlı layihəni müzakirə etməsinlər və texniki baxışla bağlı Dövlət Proqramında qeyd edilən bütün tədbirlərin hüquqi bazasını təkmilləşdirəcək qanun layihələri zərfinin hazırlanmasını və müzakirəyə təqdim edilməsini əlaqədar icra hakimiyyəti orqanlarına tövsiyə etsinlər.



Baxış sayı: 488


Bölməyə aid digər xəbərlər